IMG-LOGO

Fişəng fabrikində partlayış - 23 nəfər öldü

20 Apr 2026 00:59 4 baxış
IMG
0 0

Hindistanın Tamil Nadu əyalətində fişəng istehsalı fabrikində baş verən partlayış nəticəsində azı 23 nəfər həlak olub.

Bu barədə “Asian News International” (ANI) məlumat yayıb.

Məlumata görə, partlayış ştatın Virudhunagar rayonundakı fişəng fabrikində baş verib.

Hadisə nəticəsindən altı nəfərin ağır yaralandığı və reanimasiyaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Hindistan

Xəbər lenti