Şimali Koreyanın Baş Raketqayırma İdarəsi "Hvasonpho - 11ra" modelinin yenilənmiş "yer-yer" taktiki ballistik raketlərinin döyüş başlıqlarının gücünü yoxlamaq üçün sınaq buraxılışını keçirib.
"Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, sınaqların gedişini KXDR lideri Kim Çen In Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Çon Sikanın, ordu generalı Çan Çan Xanın raketqayırma elmi idarəsinin rəhbəri, həmçinin Koreya Xalq Ordusunun 1-ci korpusunun komandiri general-leytenant An Yon Hvan və digər rəsmi şəxslərin müşayiəti ilə şəxsən izləyib.