IMG-LOGO

420 kiloqram narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısı alındı

20 Apr 2026 06:08 5 baxış
IMG
0 0

Türkiyənin Ədirnə və İstanbul vilayətlərində keçirilən əməliyyatlarda ölkəyə ümumilikdə 420 kiloqram narkotikin daxil olmasının qarşısı alınıb.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Kapıkule Gömrük Keçid Məntəqəsindən keçən bir yük avtomobilinin yoxlanması zamanı 280 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Digər bir əməliyyat isə İstanbul Hava Limanında keçirilib. Belə ki, yoxlamalar zamanı ABŞ-dan gələn bir baqaj şübhəli hesab edilərək araşdırılıb. Yoxlama zamanı baqajdan 140 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Müsadirə edilən narkotik maddələr məhv edilib və hadisələrlə bağlı Ədirnə və Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən araşdırmalar başlanıb.

narkotik

Xəbər lenti