IMG-LOGO

"Barselona" Xulian Alvaresi "Atletiko"dan transfer etməyi planlaşdırır

20 Apr 2026 09:28 4 baxış
IMG

İspaniyanın "Barselona" klubu "Atletiko"nun hücumçusu Xulian Alvaresin xidmətində maraqlıdır.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı argentinalı forvard Kataloniya təmsilçisinin 2026-cı ilin yayı üçün əsas transfer hədəfinə çevrilib.

"Barselona" bu keçid üçün 100 milyon avro xərcləməyə hazırdır.

X.Alvares 2024-cü ilin avqustundan "Atletiko"da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Hücumçu 2025/2026 mövsümündə keçirdiyi 47 matçda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı oyunçunun dəyərini 90 milyon avro qiymətləndirir.

Xəbər lenti