IMG-LOGO

Fərhad Xəlilov: İttifaqın 2500 üzvündən bir-ikisi əsl rəssam kimi tarixdə qalacaq

20 Apr 2026 11:32 4 baxış
IMG

Azərbaycan Rəssamlar İttifaqının 2500 üzvü var, amma onun bir-ikisi əsl rəssam kimi tarixdə qalacaq.

Bunu "Report"a müsahibəsində Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov deyib.

Rəssam ittifaqa üzvlük məsələsinə də toxunub:

"Əlbəttə, birinci növbədə, istedad şərtdir. Hamı eyni istedadda ola bilməz. Biri də var, peşəkarlıq. Bizim xüsusi komissiya müraciət edənlərin sərgisinə, əl işlərinə baxır və ona peşəkar qiymət verir".

Xalq rəssamı ittifaqda həvəskar rəssamlar üçün də xüsusi şöbə yaratdığını deyib:

"Əvvəllər Mədəniyyət Nazirliyində həvəskar rəssamlar üçün bir şöbə var idi. Həvəskar rəssamlar ora müraciət edirdi, nazirlik, bir növ, onlarla məşğul olurdu, yəni bir yerə toplayırdı. Amma sonralar nəsə o şöbə ləğv edildi və o adamlar gəlib bizə – ittifaqa müraciət etməyə başladılar. Belə qərara gəldim ki, ittifaqda qeyri-peşəkar rəssamlar üçün də bir şöbə yaradım. Yaratdım və onları buraya üzv elədim. Çünki bu, vacib idi, həmin rəssamların küçədə qalmalarına izn vermək olmazdı".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti