IMG-LOGO

Bakayev: Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin möhkəm qurulması üçün bütün şərait yaradılıb

20 Apr 2026 12:59 6 baxış
IMG

Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının və münasibətlərin möhkəm qurulması üçün tarix bütün zəruri şərait yaradılıb.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Beşinci Antalya Diplomatik Forumunda iştirak etmiş Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev deyib.

A.Bakayev qeyd edib ki, Azərbaycanın həm nəqliyyat-logistika əlaqələri, həm də enerji sahəsində qarşılıqlı bağlılığı forumda da geniş müzakirə olunub:

"Biz eyni regionda yerləşirik. Xüsusilə Orta Dəhliz bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu dəhliz Mərkəzi Asiya ölkələrini Cənubi Qafqazla birləşdirir, eyni zamanda Avropanı Çin və Cənub-Şərqi Asiya ilə əlaqələndirir. Hesab edirəm ki, bu istiqamətdə daha aktiv fəaliyyətlərimizin davam etdirilməsi vacibdir".

A.Bakayev Azərbaycanın Mərkəzi Asiya ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılmış əlaqələrinə toxunaraq qeyd edib ki, bu platforma böyük rol oynayır:

"Burada türk dövlətləri yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də mədəniyyət, irs və akademik əməkdaşlıq sahələrində fəal şəkildə əməkdaşlıq edə bilirlər. Hesab edirəm ki, bu əməkdaşlığımızın gələcəyi çox perspektivlidir".

Xəbər lenti