IMG-LOGO

Peter Madyar Aqneş Forsthofferin parlamentin sədri vəzifəsinə namizədliyini təsdiqləyib

20 Apr 2026 12:40 7 baxış
IMG

Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar Aqneş Forsthofferi parlament sədri vəzifəsinə namizədliyini təsdiqləyib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Qeyd edək ki, seçkilərdə müxalif "Tisa" partiyası parlamentdə 199 yerdən 141-ni qazanıb, hakim "Fides" partiyası isə 52 yerlə məğlub olub.

Aqneş Forsthoffer (1980-ci il təvəllüdlü) macar siyasətçi və sahibkardır. 2026-cı ildə Macarıstan parlamentinin deputatı seçilib, 2025-ci ildən "Tisa" partiyasının vitse-prezidentidir.

Xəbər lenti