IMG-LOGO

Rəssamlar İttifaqının sədri: Əleyhimə Mərkəzi Komitəyə məktub yazan rəssama ev vermişəm

20 Apr 2026 13:46 6 baxış
IMG

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov onun əleyhinə Mərkəzi Komitəyə məktub yazan rəssama ev verdiyini deyib.

"Report"a müsahibəsində Xalq rəssamı İttifaqa sədr seçilməsi prosesinə toxunub.

"1987-ci ildə Mərkəzi Komitə ayrı adamı seçmək istəyirdi, amma adamlar mənə səs verdi. Səslər də elə səhnədə, hamının gözünün önündə sayıldı. Nəticədə mən seçildim və bu, əməlli başlı bir inqilab effekti verdi", - o bildirib.

F.Xəlilov Sovet hökuməti dövründəki tələblərdən də danışıb:

"O zaman bizə daha çox ideologiya ilə bağlı mane olurdular. Sovet hökumətinin öz mövzusu və tələbləri vardı... Yaxşı maliyyə ayırırdılar, müxtəlif sərgilər keçirirdilər, bir növ, bütün lazımi şərait yaradılırdı, amma bir şərtlə: sən mən deyəni et. Elə o zamanlarda mənə də Moskvadan sifariş gəlmişdi ki, müqavilə bağlayaq, hansısa bir tanınmış qəhrəman fəhlənin portretini çəkim. Mən dedim ki, xeyr, mən belə mövzular işləmirəm".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti