IMG-LOGO

"Börnli"nin hücumçusu Armando Broya "Barselona"ya təklif edilib

20 Apr 2026 14:51 5 baxış
IMG

İngiltərənin "Börnli" klubunun futbolçusu Armando Broya karyerasını İspaniyada davam etdirə bilər.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı forvard agentlər vasitəsi ilə "Barselona"ya təklif olunub.

Kataloniya təmsilçisi öz növbəsində hücum xəttini gücləndirmək üçün əlverişli variantlar axtarmağa davam edir. Ölkə çempionu hazırkı iqtisadi vəziyyət fonunda icarə müqavilələrinə və ya ucuz transferlərə də diqqət yetirir.

Albaniyalı oyunçu Broya da "Barselona"ya keçmək istədiyini bildirib.

Xatırladaq ki, Armando Broya cari mövsüm 24 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti