IMG-LOGO

Tuapsedə PUA hücumundan sonra dənizə neft məhsulları dağılıb

20 Apr 2026 14:49 5 baxış
IMG

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə hücumundan sonra Tuapsedə Qara dəniz akvatoriyasına neft məhsulları dağılıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə diyarın operativ qərargahının "Telegram" kanalında bildirilib.

"Aprelin 19-da peykdən çəkilmiş şəkildə dənizdə, Tuapse limanından neft ləkəsi qeydə alınıb. Bu, aprelin 16-na keçən gecə həyata keçirilən və dəniz terminalının infrastrukturunun zədələnməsi ilə nəticələnən PUA hücumunun fəsadlarıdır", - məlumatda vurğulanıb.

Çirklənmə sahəsi 10 min kvadrat metr olaraq qiymətləndirilib. Əməliyyat qərargahından bildirilib ki, hadisənin fəsadları lokallaşdırılıb.

Xəbər lenti