"Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Zirə" - "Turan Tovuz" görüşünü isə Əli Əliyev idarə edəcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
21 aprel
19:00. "Zirə" – "Turan Tovuz"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 2:0
22 aprel
20:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena"
İlk oyun - 2:2