Azərbaycanda ABŞ şirkəti olan "Baker Hughes"in ölkənin enerji sektorunun inkişafına verdiyi töhfə müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin baş məsləhətçisi Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə üzrə direktoru Sara Leminq şirkətin müəssisəsinə baş çəkiblər.
"Onlar Azərbaycanın enerji sektorunun dəstəklənməsində "Baker Hughes" kimi ABŞ şirkətlərinin mühüm rolunu müzakirə etmək üçün ölkə üzrə direktor Yanis Levjinski və şirkət rəhbərliyi ilə görüşüblər. "Baker Hughes" Azərbaycanda 300 nəfərin məşğulluğunu təmin edir, enerji və sənaye sahələri üçün iri avadanlıq, xidmət və texnologiya təchizatçısıdır", - məlumatda bildirilib.