IMG-LOGO

"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib

20 Apr 2026 18:33 7 baxış
IMG

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XXVIII turunda "Zirə"nin "Neftçi" ilə matçda qolu qaydalar çərçivəsində vurmadığını təsdiqləyib.

"Report"un məlumatına görə, o, milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında həmin epizodda oyundan kənar vəziyyət olduğunu söyləyib.

Qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olub. VAR-da Nicat İsmayıllı əyləşib.

Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin futbolçusu Brahim Konate oyunun əsas vaxtının əlavə dəqiqələrində bərabərlik qolunu vurub.

"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib

Xəbər lenti