IMG-LOGO

Ağcabədidə AĞIR QƏZA: ölən və yaralananlar var

20 Apr 2026 23:09 5 baxış
IMG
0 0

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Hindarx qəsəbəsində qeydə alınıb. “VAZ-2107” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib.

Qəza zamanı Aysel Səlimova və Yalçın Əhmədov ağır xəsarətlər alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ağcabədi qəza

Xəbər lenti