IMG-LOGO

Rumıniyada ev dustağı olan Aleksandr Balan Moldovaya ekstradisiya olunacaq

20 Apr 2026 23:50 3 baxış
IMG

Rumıniyanın Buxarest məhkəməsi aprelin 20-də Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini Aleksandr Balan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu rəsmi Kişinyovun şikayəti əsasında baş tutub və A. Balan Moldovaya ekstradisiya olunacaq.

A. Balan vəzifədə olduğu müddətdə Moldovaya aid dövlət sirrinin Belarusa ötürməkdə ittiham olunur.

Qeyd edək ki, aprelin 15-də Kişinyovun Buyukani sektor məhkəməsi dövlət sirrinin yayılması işi üzrə Balanı qiyabi olaraq bir il altı ay müddətinə azadlıqdan məhrum edib. Həbs qərarı çıxana qədər Balan ev dustağı idi.

Xəbər lenti