Rusiya neftini Şərqi Avropa ölkələrinə tədarük edən zədələnmiş "Drujba" boru kəməri aprelin sonuna qədər bərpa olunacaq.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, kəmər aprelin sonuna qədər istifadəyə hazır olacaq.
Lakin bu müsahibənin dəqiq nə vaxt qeydə alındığı hələ də məlum deyil. Bu ayın əvvəlində Zelenski artıq aprelin sonunu kəmərin ilkin bərpa tarixi kimi göstərmişdi.
Ukraynanın dövlətə məxsus enerji şirkəti "Naftogaz" hazırda qaz axınının bərpasının dəqiq tarixi ilə bağlı şərh verməkdən çəkinir.
Qeyd etmək lazımdır ki, Macarıstan parlament seçkilərinin qalibi Peter Madyar Zelenskini təmir işləri başa çatdıqdan sonra boru kəmərini mümkün qədər tez açmağa, Rusiyanı isə bu marşrut üzrə neft tədarükünü bərpa etməyə çağırıb.