IMG-LOGO

Macarıstan "Drujba" ilə neft tədarükünün bu gün bərpa olunacağını açıqlayıb

21 Apr 2026 02:58 3 baxış
IMG

Macarıstan hakimiyyəti Rusiya neftinin Drujba boru kəməri ilə ölkəyə nəqlinin aprelin 21-i günorta saatlarında bərpa olunacağını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Macarıstanın Avropa Birliyi işləri üzrə naziri Yanoş Boka özünün feysbuk səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ən çox ehtimal olunan ssenari Ukrayna tərəfinin çərşənbə axşamı günorta saatlarında boru kəmərinin işinin bərpası barədə açıqlamasıdır. Nazir həmçinin qeyd edib ki, Brüsseldə tranzitin bərpası məsələsini müzakirə edib.

O, həmçinin təchizatın bərpasının mümkünlüyünü Budapeştin AB-nin Ukrayna üçün 90 milyard avroluq kredit xəttini bloklamaq qərarı ilə əlaqələndirib.

Y. Boka Avropa Komissiyasını tənqid edərək bildirib ki, Kiyevin hərəkətləri Macarıstanın enerji təhlükəsizliyini təhlükəyə atdığı bir vəziyyətdə Aİ üzv dövlətinin maraqlarını qoruya bilməyib.

"Bloomberg" daha əvvəl Ukraynanın aprelin 21-də Drujba boru kəməri ilə neft tranzitini bərpa etməyə hazırlaşdığını bildirmişdi.

Xəbər lenti