IMG-LOGO

Tramp: İran danışıqlarda iştirak etməsə, əvvəllər qarşılaşmadığı problemlərlə üzləşəcək

21 Apr 2026 06:16 4 baxış
IMG

Ağ Ev rəhbəri Donald Tramp İranın ABŞ ilə danışıqlarda iştirak etməyə davam edəcəyinə inanır.

"Report" xəbər verir ki, o, aprelin 20-də radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə İranın nüvə proqramı barədə danışarkən belə deyib.

"Onlar danışıqlarda iştirak edəcəklər. Əgər iştirak etməsələr, əvvəllər qarşılaşmadıqları problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir razılaşma əldə edəcəklər və ölkəni yenidən quracaqlar", - deyə Ağ Ev rəhbəri əlavə edib.

Xəbər lenti