IMG-LOGO

Yeni Zelandiyanın Baş naziri hakim partiya daxilində etimad səsverməsini qazanıb

21 Apr 2026 08:31 3 baxış
IMG

Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson, şəxsi reytinqinin və siyasi partiyasına dəstəyin azalmasına baxmayaraq, etimad səsverməsində partiyasının millət vəkillərinin dəstəyini qazanıb.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, parlament fraksiyasının iclasından sonra Lakson jurnalistlərə bildirib ki, rəhbərliyinə rəsmi etimad səsverməsi onun xeyrinə başa çatıb.

Siyasətçi deyib ki, partiya yoldaşları onun namizədliyini dəstəklədiklərini açıq və birmənalı şəkildə təsdiqləyiblər və bu məsələ bağlanmış hesab edilə bilər.

Əvvəllər korporativ idarəetmə sahəsində çalışmış Kristofer Laksonun populyarlığı son aylarda zəifləyən iqtisadiyyat və noyabr ayında keçirilməsi planlaşdırılan ümumi seçkilərdən əvvəl ölkədə artan işsizlik fonunda azalıb.

Xəbər lenti