IMG-LOGO

Astanada TDT ölkələri ekoloji siyasət məsələlərini müzakirə edəcəklər

21 Apr 2026 08:07 3 baxış
IMG

Astanada 22-24 aprel tarixlərində Regional Ətraf Mühit Zirvəsi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ətraf mühit, iqlim və ekologiya üzrə məsul nazirlərinin ikinci görüşü baş tutacaq.

"Report" xəbər verir ki, görüş Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayevin moderatorluğu ilə keçiriləcək.

Tədbirdə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan, Qırğızıstanın təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Akıl Toktobayev, Türkiyə Prezidentinin baş müşaviri, ətraf mühit, iqlim dəyişikliyi və urbanizasiya nazirinin müavini Həsən Suver, Özbəkistan Prezidentinin müşaviri - ekologiya və iqlim dəyişikliyi üzrə milli komitəsinin sədri Əziz Abduhakimov, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev iştirak edəcəklər.

İştirakçılar iqlim dəyişikliyinə uyğunlaşma, təbii sərvətlərin davamlı istifadəsi və regional əməkdaşlığın gücləndirilməsi də daxil olmaqla, mövcud ekoloji siyasət məsələlərini müzakirə edəcəklər. Təcrübə mübadiləsinə, əməkdaşlığın prioritet sahələri üzrə razılığa gəlməyə, ümumi ekoloji problemlərin effektiv həll yollarının tapılmasına və davamlı inkişaf sahəsində birgə təşəbbüslərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

Xəbər lenti