IMG-LOGO

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

21 Apr 2026 09:28 7 baxış
IMG

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq.

"Report" xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.

Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Xəbər lenti