IMG-LOGO

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

21 Apr 2026 09:12 6 baxış
IMG

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq.

İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

Xəbər lenti