IMG-LOGO

Pirallahıda 58 yaşlı kişini maşın vurub öldürdü

21 Apr 2026 09:11 3 baxış
IMG
2 0

Bakının Pirallahı rayonunda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı–Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 58 yaşlı Aləddin Salmanovu vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

hadisə

Xəbər lenti