IMG-LOGO

"Mançester Siti" yayda Marmuş və Reynderslə yollarını ayıracaq

21 Apr 2026 10:58 3 baxış
IMG

İngiltərənin "Mançester Siti" klubunun daha iki futbolçusu yay "transfer pəncərəsi"ndə komandanı tərk edəcək.

"Report" "Football Insider"ə istinadən xəbər verir ki, "şəhərlilər" Omar Marmuş və Ticani Reynderslə yolları ayırmağı planlaşdırır.

Hər iki futbolçu kluba keçdikdən sonra etimadı doğrulda bilmədikləri üçün əsas heyətdəki yerlərini itiriblər.

O.Marmuş cari mövsümdə bütün turnirlərdə 30 matçda iştirak edərək 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. T.Reynders isə meydana çıxdığı 44 qarşılaşmada 7 qol vurub və eyni sayda assist edib.

Daha əvvəl yarımmüdafiəçi Bernardu Silva və müdafiəçi Con Stounzun da yayda Mançester təmsilçisindən ayrılacağı barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 67 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər lenti