Gəmiləri Hörmüz boğazının qərbində qalan bəzi gəmiçilik şirkətləri kriptovalyuta müqabilində boğazdan "təhlükəsiz keçid" təklif edən saxta mesajlar almağa başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Yunanıstanın "MARISKS" dəniz risklərinin idarə edilməsi şirkətinə istinadən məlumat yayıb.
Şirkət xəbərdarlıq yayaraq bildirib ki, özünü İran hökumətinin nümayəndələri kimi təqdim edən naməlum şəxslər bir sıra gəmiçilik şirkətlərinə keçid üçün "icazə"yə görə "Bitcoin" və ya "Tether" kriptovalyutası ilə ödənişin tələb olunduğu mesajlar göndərib.
Tehran bu məsələyə hələ münasibət bildirməyib.