IMG-LOGO

"Nyukasl" Entoni Qordonu 86 milyon avroya satmağa hazırdır

21 Apr 2026 10:51 3 baxış
IMG

İngiltərənin "Nyukasl" klubu futbolçusu Entoni Qordonu ən azı 86 milyon avroya satmağa hazırdır.

"Report" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

İngiltərə Premyer Liqası təmsilçisi 25 yaşlı hücumçunun mümkün keçidini müzakirə etməyə müsbət yanaşır.

Almaniyanın "Bavariya" klubu bu transferdə əsas namizəd hesab edilir. Bu keçid üçün tezliklə danışıqların başlayacağı gözlənilir.

Xatırladaq ki, Entoni Qordon cari mövsüm 46 matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Nyukasl"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Xəbər lenti