IMG-LOGO

Ombudsman uşaqlara energetik içkilərin satışına görə cərimələrin artırılmasını təklif edib

21 Apr 2026 11:53 3 baxış
IMG

Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışı ilə bağlı təkliflər irəli sürüb.

"Report" xəbər verir ki, Ombudsman Aparatının yaydığı məlumatda son illər Azərbaycanda istehlakçılar tərəfindən energetik içkilərin daha çox istifadə olunması müşahidə olunmaqdadır.

"İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub", - məlumatda deyilir.

Ombudsman energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulan inzibati cərimələrin məbləğinin artırılması, vendinq aparatlarında energetik içkilərin satışına yaş identifikasiyası mexanizmlərinin tətbiqi və ya bu məhsulların həmin aparatlarda satışının məhdudlaşdırılması, həmin içkilərin reklamına dair məhdudiyyətlərin gücləndirilməsi və sağlamlıq risklərinə dair xəbərdarlıqların məcburi norma kimi təsbit edilməsi, bu sahədə məlumatlılığın artırılması və digər zəruri tədbirlərin görülməsini təklif edib.

Xəbər lenti