IMG-LOGO

Qobustanda bir ailənin 4 üzvü zəhərləndi - YENİLƏNİB

21 Apr 2026 11:33 4 baxış
IMG
2 0

TƏBİB Qobustanda zəhərlənənlərlə bağlı açıqlama yayıb. 

Qurumdan Lent.az-a bildirilib ki, dünən saat 08:50 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2 kişi, 2 qadın) Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

***

saat 10:53

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Lent.az xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

hadisə zəhərlənmə

Xəbər lenti