IMG-LOGO

Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib

21 Apr 2026 13:57 4 baxış
IMG

Ukrayna Təhlükəsizlik Xidməti ("Alfa" Xüsusi Əməliyyatlar Mərkəzi) Rusiyanın Samara vilayətindəki "Samara" xətti-istehsalat-dispetçer stansiyasına dronlarla zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində obyektdə genişmiqyaslı yanğın baş verib.

İlkin məlumatlara görə, hər birinin həcmi 20 min kubmetr olan beş xam neft rezervuarı zədələnib.

"Samara" stansiyası Rusiyanın neft nəqli infrastrukturunun mühüm hissəsidir və "Urals" ixrac neft növünün istehsalı ilə bağlıdır.

Xəbər lenti