Anar Məmmədxanovun gedişi bütün Azərbaycan gənclərini sarsıtmışdı.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun anım mərasimində deyib.
DİM sədrinin sözlərinə görə, A.Məmmədxanovun həyatı və yaradılıcığı barədə gəncləri mütləq məlumatlandırmaq lazımdır:
"Onun həyatına həsr olunmuş kitablar var. Gəncləri bu kitablarla tanış etmək lazımdır. Onlar oxumalıdırlar ki, Anarın uğurlu həyat yolu haqqında məlumatlı olsunlar, özlərinə örnək götürsünlər".