IMG-LOGO

170 milyon pul, 5 mənzil, brilliantlar: Fatih Yürekin mirası kimə qalır?

21 Apr 2026 15:14 3 baxış
IMG
1 0

Məşhur sənətçi Fatih Yürekin vəfatından sonra gündəmdən düşməyən çoxmilyonluq mirası ilə bağlı hüquqi prosedurlar yekunlaşıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, 2025-ci ilin oktyabrında infarkt keçirdikdən sonra aylarla reanimasiyada mübarizə aparan və yanvarın 30-da dünyasını dəyişən sənətçinin mal varlığı rəsmən bacıları arasında bölüşdürülüb.

Jurnalist Seyhan Erdağın verdiyi məlumata görə, Bodrum Yokuşbaşında yerləşən 170 milyon lirəlik (təxminən 6.5 milyon manat) malikanə, Ataşehirdəki 5 mənzil, bankdakı nəğd vəsaitlər, həmçinin briliant və zinət əşyalarından ibarət böyük sərvət sənətçinin bacıları Sevil Yürek və Nurgül Fıratın mülkiyyətinə keçib.

Ailə daxilində mirasla bağlı hər hansı bir mübahisənin yaşanmadığını bildirən menecer Mert Siliv, prosesin tamamilə hüquqi müstəvidə həll olunduğunu vurğulayıb. Sənətçinin bacısı Sevil Yürek isə Fatih Ürekin ən böyük arzusunu və vasiyyətini açıqlayaraq, onun adına mütləq bir məktəb tikdirəcəklərini və təhsilə töhfə verəcəklərini qeyd edib. Hazırda daşınmaz əmlakların satışı və digər bürokratik prosedurlar davam etsə də, mirasın əsas bölgüsü artıq tamamlanmış hesab olunur.

Fatih Yürek maqazin Fatih Yürekin mirası

Xəbər lenti