IMG-LOGO

"Qarabağ" Elvin Cəfərquliyevi satışa çıxardı

21 Apr 2026 14:57 4 baxış
IMG
2 1

Bir neçə gün əvvəl Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən Elvin Cəfərquliyevlə bağlı mühüm qərar verilib. 

Lent.az Sportal.az-a istinadən xəbər verir ki, “Qarabağ” klubu millimizin üzvünü satışa çıxarıb.

Artıq bununla bağlı həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib. “Qarabağ” yayda onu satmağa hazırdır. 

Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar. 

İdman xəbərləri Qarabağ futbol klubu Qurban Qurbanov Elvin Cəfərquliyev

Xəbər lenti