Bakı metrosunda bügünkü qısaqapanma zamanı hər hansı yanğın baş verməyib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, qısaqapanmanın məhz texniki xarakteri də bundan ibarətdir ki, onun nəticəsində bütün mühafizə sistemləri, eyni zamanda tunellərdə olan rele mühafizə sistemləri vaxtında işə düşüb: "Bunun nəticəsində hər hansı hadisə baş verməyib. Belə hadisə nəticəsində hər hansı bir yanğın və digər bir fəsadın baş verməsi qeyri-mümkündür".