Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda ermənistanlı rəqibi Suren Ağacanyana uduzub.
Bununla da Nihat Məmmədli üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.