IMG-LOGO

Ruben Diaş və Rodri "Börnli"yə qarşı oyunda meydana çıxmayacaqlar

21 Apr 2026 18:44 5 baxış
IMG

"Mançester Siti"nin müdafiəçisi Ruben Diaş və yarımmüdafiəçisi Rodri İngiltərə Premyer Liqasının XXXIV turunda "Börnli"yə qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib.

Aprelin 22-dəki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, "Mançester Siti" 32 oyundan sonra 67 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Arsenal" isə 33 oyundan sonra 70 xalla liderdir.

Xəbər lenti