İtaliyada 1945-ci ildə qətlə yetirilən azərbaycanlıların xatirəsi anılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.
"İtaliyanın Lombardiya vilayətinin Berqamo əyalətində yerləşən Monte di Nese kəndində 1945-ci ilin aprelində faşistlər tərəfindən qətlə yetirilmiş 120 azərbaycanlının xatirəsi anılıb", - məlumatda bildirilib.