Məşhur sənətkar Sezen Aksu, Azərbaycan və Türkiyə futbolsevərlərinin böyük maraqla gözlədiyi 2026-cı il Dünya çempionatı ərəfəsində Türkiyə milli komandası üçün xüsusi mahnı bəstələyib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Kosovanı məğlub edərək Dünya çempionatına vəsiqə qazanan "Ay-ulduzlular"ın turnir səfəri üçün hazırlanan bu əsərin söz və musiqisi bütövlükdə "Minik Serçe"yə məxsusdur.
Jurnalist Mehmet Üstündağın yaydığı məlumata görə, Sinan Akçıl və Rafet El Roman kimi simaların da milli komanda üçün hazırlıq gördüyü, hətta Tarkanın yenidən oxumağa yaşıl işıq yandırdığı bir dövrdə Sezen Aksunun bu addımı musiqi dünyasında böyük həyəcan yaradıb.
Aprelin 17-də "Biz de Yeniden Başlarız" adlı yeni albomunu təqdim edən sənətkarın bu xüsusi mahnısını kimin səsləndirəcəyi isə hələlik gizli saxlanılır. İndi həm idman, həm də musiqi camiəsi Sezen Aksu imzasını daşıyan bu əsərin kimin ifasında eşidiləcəyini maraqla gözləyir.
Sezen Aksu maqazin Türkiyə Milli Futbol Komandas