Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris İnstitutunda tələbələrlə görüş keçirib.
"Report" xəbər verir ki, L. Abdullayeva bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"London Universitetinin Paris İnstitutunda əla görüş keçirdik", - o bildirib və dəvətə görə ULIP tələbə ittifaqına təşəkkür edib: "Tələbələrə Azərbaycanı təqdim etməkdən, regional geosiyasi proseslər barədə danışmaqdan və maraqlı müzakirənin bir hissəsi olmaqdan şad oldum".