IMG-LOGO

"Zirə" Azərbaycan Kubokunda finala yüksələn ilk komanda olub

21 Apr 2026 20:55 2 baxış
IMG

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.

Xəbər lenti