IMG-LOGO

Rza Nəcəfi: İranın nüvə obyektlərinə hücumlar araşdırılmalıdır

21 Apr 2026 20:45 3 baxış
IMG

İranın nüvə obyektlərinə qarşı hərbi hücumların ciddi araşdırılmasına ehtiyac var.

"Report" "Khabar Fouri"yə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) daimi nümayəndəsi Rza Nəcəfi Vyanada NPT Gözdənkeçirmə Konfransı çərçivəsində deyib.

"Təminat altındakı nüvə obyektlərinə hər hansı silahlı hücum Yayılmama Müqaviləsinin (NPT) məqsədinin, ruhunun və mətninin açıq şəkildə pozulmasıdır", - o deyib və əlavə edib ki, ABŞ və İsrailin 2025-2026-cı illərdə İranın sülhməramlı nüvə obyektlərinə qarşı hücumları qlobal yayılmama rejimi üçün dağıdıcı nəticələr doğurub:

"Bu hücumlar NPT-yə və AEBA-nın təminat rejiminə inamı zəiflədib".

İran nümayəndəsi bildirib ki, bu obyektlərə hər hansı silahlı hücum BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən beynəlxalq hüququn pozulmasıdır.

Xəbər lenti