Martın 2-dən bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2 454-ə çatıb.
"Report" NNA-ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, yaralıların sayı artaraq 7 658-ə çatıb. Məcburi köçkünlərin ümumi sayı 118 mini ötüb.