IMG-LOGO

"Reuters": Ukrayna 22 apreldə "Dostluq" kəməri ilə neft nəqlini bərpa edəcək

22 Apr 2026 01:06 5 baxış
IMG

Ukrayna aprelin 22-si gündüz saatlarında "Drujba" boru kəməri ilə neftin nəqlini bərpa edəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu qərar Kiyevin boru kəmərinin fəaliyyətinin dayandırılması ilə əlaqədar əvvəllər Macarıstan tərəfindən bloklanmış 90 milyard avro məbləğində Avropa İttifaqı (Aİ) kreditinə tezliklə çıxış əldə etməyə çalışması ilə bağlı qəbul edilib.

"Neftin nəqlinin bərpası sabaha, günorta saatlarına planlaşdırılıb", - mənbə bildirib.

"MOL" bərabər nisbətdə Macarıstan və Slovakiyaya göndəriləcək ilk həcmlər üçün artıq sifarişlər verib", - məlumatda qeyd olunub.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski "Dostluq" neft kəmərinin Rusiya zərbəsi nəticəsində zədələnmiş hissəsində təmir işlərinin başa çatdığını bildirib.

Xəbər lenti