IMG-LOGO

Vuçiç: Almaniya Serbiyanın ən böyük xarici ticarət tərəfdaşıdır

22 Apr 2026 02:17 4 baxış
IMG

Almaniya Serbiyanın ən böyük xarici ticarət tərəfdaşıdır.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Almaniya–Serbiya iqtisadi əməkdaşlığının 25 illiyi və Alman–Serbiya Ticarət Palatasının 10 illiyi münasibətilə təşkil olunmuş qəbulda çıxışı zamanı deyib.

O qeyd edib ki, alman şirkətləri Serbiyada 80 mindən çox insanı işlə təmin edir:

"Artıq 10-11-ci ildir ki, böyük fərqlə Serbiyanın əsas ticarət tərəfdaşı olaraq qalır. İkitərəfli ticarət dövriyyəsi 10 milyard avronu ötüb və ixracın idxalı qarşılama nisbəti 87 faiz təşkil edir".

Serbiya Prezidenti əlavə edib ki, bir neçə kiçik şirkət Serbiyada minimum əməkhaqqının artması səbəbindən ölkəni tərk edib, lakin onların yerini uzunmüddətli qalmaq niyyətində olan şirkətlər tutur:

"Serbiya xalqı alman şirkətlərinə etibar edir və onlarda işləməkdən məmnundur, çünki bu şirkətlərin bir-iki il üçün deyil, uzunmüddətli fəaliyyət üçün gəldiyini bilirlər. Məhz buna görə Serbiya bu cür investisiyalara hər zaman açıqdır. Bu əməkdaşlığın davam etməsi bizim üçün son dərəcə vacibdir".

A. Vuçiç vurğulayıb ki, alman investorlarına daha da cəlbedici görünmək üçün Serbiya zəruri islahatların və dəyişikliklərin həyata keçirilməsinə böyük səy göstərəcək.

Xəbər lenti