IMG-LOGO

ARAŞDIRMA: Süni intellekt tərəfindən verilən sağlamlıq tövsiyələrinin yarısı problemlidir

22 Apr 2026 05:06 5 baxış
IMG
0 0

Araşdırma göstərib ki, süni intellekt çatbotlarının sağlamlıqla bağlı verdiyi məsləhətlərin təxminən yarısında problemli məzmun var.

Lent.az xəbər verir ki, ChatGPT, Gemini, Grok, Meta AI və DeepSeek kimi platformaların tibbi suallarda ciddi səhvlər edə bildiyi müəyyən olunub.

BMJ Open jurnalında dərc olunan araşdırmada 50 tibbi sual üzrə cavablar qiymətləndirilib və onların 20 faizinin ciddi, 50 faizinin isə problemli olduğu aşkarlanıb.

Xüsusilə qidalanma və idman performansı mövzularında səhvlərin daha çox olduğu bildirilib.

Mütəxəssislər vurğulayıblar ki, süni intellekt tibbi mövzularda köməkçi vasitə ola bilər, lakin həkim məsləhətinin əvəzi sayılmamalıdır və istifadəçilər verilən məlumatları mütləq yoxlamalıdırlar.

 

süni intellekt

Xəbər lenti