Bu il Qazaxıstan "Drujba" neft kəməri ilə Almaniyaya 3 milyon tona yaxın neft tədarük etməyi planlaşdırır.
"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, mayda bu istiqamətdə tədarük planlaşdırılmır.
Nazirin sözlərinə görə, 2025-ci ildə Almaniyaya 2,1 milyon ton neft tədarük edilib.
Qazaxıstan ötən ilin I rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Almaniyaya neft ixracını iki dəfə artıraraq 730 min tona çatdırıb.
Qazaxıstan Almaniyaya 2023-cü ildən neft ixrac edir.