IMG-LOGO

"Rabitəbank"ın səhmdarlarının yığıncağı keçiriləcək

22 Apr 2026 09:17 4 baxış
IMG

İyunun 5-də, saat 17:00-da "Rabitəbank" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 71 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Rabitəbank"ın kənar auditdən keçmiş 2025-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, ümumi yığıncağın əsasnaməsinin yenilənməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 38,6 %-i Rauf Əliyevə, 34,64 %-i Validə Abbasovaya, 13,51 %-i Zakir Nuriyevə, 9,11 %-i isə Dilarə Nuriyevaya, 4,14 %-i isə digər hüquqi və fiziki şəxslərə, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "AzInTelecom" MMC-lərə, Dövlət Radiotezliklər İdarəsi və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə, "Bakı Teleqrafı" ASC və "Bakcell" MMC-yə məxsusdur. R.Əliyev həm də "Meqa Sığorta" ASC-nin 19 %-lik səhmdarıdır.

Xəbər lenti