IMG-LOGO

Ağsuda iki “Shacman” toqquşdu - VİDEO

22 Apr 2026 13:00 6 baxış
IMG
0 0

Ağsuda iki yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

FHN-in “112” qaynar telefon xəttinə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 43 yaşlı İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisələr FHN qəza

Xəbər lenti