IMG-LOGO

Nikolas Cekson icarə müddəti başa çatdıqdan sonra "Çelsi"yə qayıdacaq

22 Apr 2026 13:52 6 baxış
IMG

Almaniyanın "Bavariya" klubunun hücumçusu Nikolas Cekson icarə müddəti başa çatdıqdan sonra, yayda "Çelsi"yə (İngiltərə) qayıdacaq.

"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi və baş məşqçi Vensan Kompani futbolçunun oyunundan razı olsalar da, transferlə bağlı hələlik danışıqlar aparılmır.

Tərəflər arasında yeni icarə müqaviləsi və ya daimi transferlə bağlı müzakirə getmir. Hazırda digər klubların da maraq dairəsində olan 24 yaşlı forvardın mövsümün sonunda London təmsilçisinə dönməsi planlaşdırılıb.

Qeyd edək ki, N.Cekson cari mövsümdə Almaniya Bundesliqasında 19 matçda 6 qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin UEFA Çempionlar Liqasında keçirdiyi 8 qarşılaşmada 3 qol və 2 ötürmə ilə yadda qalıb.

Xəbər lenti