IMG-LOGO

NATO-nun Baş katibi: Müdafiə sənayesində Türkiyədən çox şey öyrənə bilərik

22 Apr 2026 13:31 6 baxış
IMG

NATO-nun Baş Katibi Mark Rütte Türkiyənin müdafiə sənayesi inqilabı yaşadığını dilə gətirib.

"Report" xəbər verir ki, Baş katib bu barədə Ankaradakı ASELSAN müəssisələrini ziyarət edərkən danışıb.

"Müdafiə sənayesində Türkiyənin etdiklərindən çox şey öyrənə bilərik. Bizə lazım olan şey müdafiə sənayesi istehsalını sürətləndirmək, eyni zamanda, yenilikçiliyi də təşviq etməkdir. Bu, NATO üçün ən vacib prioritetlərdən biridir. İyul ayında Ankarada keçiriləcək NATO sammitinin əsas gündəm maddələrindən biri bu olacaq", - deyə o qeyd edib.

Xəbər lenti