IMG-LOGO

ABŞ və İran arasında sülh danışıqları sübhə altındadır – SƏBƏB

22 Apr 2026 13:47 4 baxış
IMG
2 0

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin müddətini qeyri-müəyyən vaxta qədər uzadacağını bildirib.

Bu barədə Reuters məlumat yayıb. Hazırda əlavə sülh danışıqlarına imkan yaradılsın. Lakin hələ də məlum deyil ki, İran və ya ABŞ-ın müttəfiqi olan İsrail bu qərarla razılaşacaqmı. Tramp sosial mediada paylaşdığı açıqlamada bildirib ki, ABŞ Pakistan vasitəçilərinin müraciətini qəbul edib və “İran ölkəsinə qarşı hücumu onların rəhbərləri və nümayəndələri vahid təklif hazırlayana və danışıqlar bu və ya digər şəkildə yekunlaşana qədər dayandırmağa” razılaşıb.

Pakistan rəhbərliyi minlərlə insanın həyatına son qoymuş və qlobal iqtisadiyyatı sarsıtmış müharibəyə son qoymaq üçün İslamabadda sülh danışıqlarına ev sahibliyi edir.

Trampın açıqlamaları ilə bağlı İranın yüksək vəzifəli rəsmiləri hələ ki, heç bir reaksiya verməyib. “Tasnim News Agency”-in məlumatına görə, İran atəşkəsin uzadılmasını istəmir. İranın baş danışıqlarçısının müşaviri və parlament sədri Məhəmməd Baqir Qalibaf hesab edilir ki, onun da bu mövzu ilə hər hansı bir açıqlaması yoxdu.  

 

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Donald Tramp İran ABŞ İsrail Pakistan atəşkəs sülh danışıqları İran ABŞ münasibətləri Tasnim News Agency SEPAH Məhəmməd Baqir Qalibaf beynəlxalq siyasət müharibə blokada

Xəbər lenti